ŞƏHİDİMİZ "Hərbi Xidmətdə fərqlənməyə görə III dərəcəli" medalla təltif edilib
Miq.Az xəbər verir ki, 2017-ci ilin iyununda cəbhənin Ağdam rayonu istiqamətində düşmən təxribatının qarşısını alarakən şəhid olmuş Azər Abbas oğlu Əhmədov Müdafiə Naziri Zakir Həsənov tərəfindən ölümündən sonra "Hərbi Xidmətdə fərqlənməyə görə III dərəcəli" medalla təltif edilib.
Medal dünən birinci ordu birliyinin zabitləri tərəfindən şəhidin valideynlərinə təqdim edilib.
Şəhidin atası Abbas Əhmədov Müdafiə naziri Zakir Həsənova nazirlik tərəfindən ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Şahidin doğulduğu Ağcabədi rayon Şahsevən kəndində keçirilmiş mərasimində ailə üzvləri ilə birgə onun silahdaşları da iştirak edib.
Allah şəhidimizə rəhmət eləsin!
Miq.Az