Şəmsiyyə Bəylərqızı Yol Trestin rəisindən 600 min "qoparıb"

Şəmsiyyə Bəylərqızı Yol Trestin rəisindən 600 min "qoparıb"

İranın Azərbaycandakı eks səfiri Əfşar Süleymaninin eks kəbinli həyat yoldaşı Şəmsiyyə Bəylərqızının dələduzluq etdiyinə görə həbs olunduğu və Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanıldığı haqqında “Vətəninfo.az” olaraq məlumat vermişdik. Onuda bildirmişdik ki, Şəmsiyyə Bəylərqızının həbsinə səbəb hakim dairələrin adından istifadə edərək bir sıra şəxslərdən külli miqdarda pul mənimsəyib.
“Vətəninfo.az”a Şəmsiyə Bəylərqızı ilə bağlı daxil olan son məlumata görə, o hazırda yenə də MTN-in İstintaq təcridxanasındadır və bu günə qədər etdiyi dəladuzluqlarla bağlı sorğu-sual edilir. Məlumata görə, Şəmsiyyə Bəylərqızının son qurbanı Quba Yol Trestin rəisi Rauf ( soyadın dəqiqləşdirə bilmədik) olub. Məlumata görə, trest rəisi Şəmsiyyə Bəylərqızına 600 min manat müəyyən vəzifəyə getməsi üçün pul verib. Amma sonradan Ş.Bəylərqızının fırıldaqçı olduğunu öyrənən idarə rəisi məcburiyyət qarşısında qalaraq MTN-nə müraciət edib. Məlumata görə, Şəmsiyyə Bəylərqızı idarə rəisindən pulu hakim ailənin adından istifadə edərək alıb.Hətta mənbənin sözlərinə görə, bu günə kimi bir çox şəxsləri dolandıran Ş.Bəylərqızı müxtəlif nazirlərin də adından istifadə edib. Mənbənin məlumatına görə,Şəmsiyə Bəylərqızının həbsi xəstə anasının vəfatına səbəbə olub. Belə ki, vəkil Şəmsiyyənin həbsdən çıxa bilməyəcəyini anaya bildirdikdən sonra, ananın xəstə ürəyi bu xəbərə dözməyib. Adı məlumatda hallanan Quba Rayon Yol Trestin rəisi Rauf müəllimlə əlaqə saxlamaq istəsək də, bu mümkün olmadı.Rayonun İcra Hakimiyyətinin rəhbəri Mübariz Ağayev isə telefonu açsa da, KİV-dən olduğumuzu bildikdə tez telefonunu bağlamağı üstün tutdu.

Kamran



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az