“Azərbaycan ordusuna silah verilməsini əmr etmişdim”
“Qarabağ müharibəsində çoxlu sayda iranlı şəhid olub və məzarları Bakıdadır”
“Şəxsən göstəriş vermişdim ki, Qarabağ didərginlərinin vəziyyəti dərhal araşdırılsın və Azərbaycan Respublikası ordusunun ixtiyarına hərbi təchizatlar və hərbi sursat verilsin”.
Bu sözləri İran İslam Respublikası Quruluşunun Məsləhətçi Şurasının katibi, Ermənistan-Azərbaycan müharibəsi dönəmində SEPAH-ın komandanı olan Möhsün Rzayi “Səhər” kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, İran Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası ordusunu təchiz etməklə yanaşı, Azərbaycanın partizan qüvvələrinə də hərbi təlimlər keçib.
“Şəxsən göstəriş vermişdim ki, Qarabağ didərginlərinin vəziyyəti dərhal araşdırılsın və Azərbaycan Respublikası ordusunun ixtiyarına hərbi təchizatlar və hərbi sursat verilsin. Hətta, Azərbaycan Silahlı Qüvvələrinə hərbi təlimlərin keçirilməsi haqda da göstəriş vermişdim”.
SEPAH-ın keçmiş komandanı Qarabağ müharibəsində çoxlu sayda iranlının da şəhid olduğunu və onların məzarlarının Bakıda yerləşdiyini bildirib.
İran İslam Respublikası Quruluşunun Məsləhətçi Şurasının katibi deyib: “Biz həmişə çətin günlərində azərbaycanlıların yanında olmuşuq və bu gün də onların yanındayıq. Biz Qarabağın Azərbaycana qaytarılmasında da onlara kömək etməyə hazırıq”.
Möhsün Rzayi müsahibənin sonunda qeyd edib ki, Qarabağ İslam torpağıdır və sülhsevər yollarla Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilməlidir.
Modern.az
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər