Separatçılar Qarabağda təlim keçirirlər
İşğal altında olan Qarabağda separatçılar çoxpilləli qərargah təlimləri keçirirlər ki, burada hərbi hissə və bölmələrin komanda heyətləri, qərargahlar, idarəeütmə orqanları iştirak edirlər. Bu barədə «Ermənistan xəbərləri» portalı məlumat verib.
Məlumata əsasən, təlimlərin məqsədi orsunun idarə edilməsi sisteminin təkmilləşdirilməsi, komandanlığın və qərargahların praktiki bacarıqlarının yüksəldilməsi, qarçılıqlı əlaqənin gücləndirilməsi, komanda heyətinin strateji qabiliyyətinin artırılmasıdır.
Miq.az