Separatçılar şərt irəli sürdü - Əməliyyat qaçılmazdır

Separatçılar şərt irəli sürdü - Əməliyyat qaçılmazdır

Qarabağdakı separatçılar Ağdam marşrutundan istifadə üçün şərtlər irəli sürüb.

Miq.Az Publika.az-a istinadən xəbər verir ki, separatçıların qondarma "dövlət naziri”nin qondarma "müşaviri” Artak Beqlaryan şərtlərinin nə olduğunu açıqlayıb.

"Laçın yolu tam açılmalı, təhlükəsizlik təminatları təmin olunmalıdır. O zaman kommunikasiyaların açılması üçün bütün mümkün variantları müzakirə edə bilərik, lakin Azərbaycan buna hazır deyil”, - separatçı deyib.

Separatçı bildirib ki, Ağdam yolundan istifadəni güzəşt hesab etmirlər.

Beləliklə, separatçılar Bakıya qarşı meydan oxuyurlar. Azərbaycan öz suveren ərazisində istədiyini etmək haqqına sahibdir, Ağdam marşrutunun təklif edilməsi də Qarabağdakı mülki ermənilərin problemlərinin həlli məqsədi daşıyır.

Mülki erməniləri girov saxlayan separatçıların bu mövqeyi, xüsusilə şərtlər irəli sürməsi isə Azərbaycana müharibə elan etmək kimi də qəbul edilə bilər və bu vəziyyətdə onlara qarşı praktiki addımların atılması qaçılmaz olacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az