Serblər rusların tərəfində vuruşur? – Araşdırma başladı

Serblər rusların tərəfində vuruşur? – Araşdırma başladı
Serbiyanın mülki və hərbi kəşfiyyat xidmətləri serblərin Ukraynaya qarşı müharibədə Rusiya tərəfində mümkün iştirakı ilə bağlı məlumatları araşdırır.

Axar.az xəbər verir ki, bunu Serbiyanın daxili işlər naziri Miloş Vuçeviç deyib.

"Ölkəmiz çox açıq şəkildə bildirir ki, Serbiya vətəndaşlarının digər ölkələrdəki bütün münaqişələrdə iştirakı qadağandır və bu, hüquqi nəticələrə səbəb olur”, - o bildirib.

Qeyd edək ki, yanvarın ortalarından sosial şəbəkələrdə serblərin Ukraynadakı müharibədə Rusiya tərəfində iştirakı ilə bağlı məlumatlar yayılmağa başlayıb. Daha sonra Rusiyanın "VKontakte” şəbəkəsində Zaporojye bölgəsinə gələn serb silahlıları ilə fotolar tirajlanıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az