"Serial təklifini ona görə qəbul etdim ki..."
Xalq artisti Afaq Bəşirqızı ilk dəfə seriala çəkilməsindən danışıb.
Vətəninfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, aktrisa "Qayınanamız” adlı serialın ssenarisinin sırf onun üçün yazıldığını bildirib:
"Mənim
üçün önəmli olan ssenaridir. Əgər o yaxşıdırsa, razılaşaram. Bu
serialın ssenarisi də sırf mənim üçün yazılıb. Buna görə də razılıq
verdim. Bundan sonra bəyəndiyim film ssenarisi olsa, ona da çəkilərəm”.
A.Bəşirqızı bundan sonra dramatik obraz da canlandıracağını bildirib:
"Məni
dramatik obrazda görmək istəyən tamaşaçılar yeni mövsümdə teatra
gəlsin. İki dramatik obraz canlandırıram. Mövsüm açılışı sentyabrın
10-dadır”.