Səssiz-səmirsiz… - Köşə yazısı

Səssiz-səmirsiz… - Köşə yazısı

Kamil Oruc

       Səslər müxtəlif olur: maşının səsi, qazanın səsi, heyvanın səsi, suyun səsi, küləyin səsi, qapının səsi və bir çox başqaları…  Bu səslərin içində bəlkə də ən vacibi insanın səsidir. Yox yox “bəlkə də” yox, elə ən vacibi  insanın səsidir. Insanın səsi insana ona görə lazımdır ki, o ətrafındakılarla danısıb anlaşa, haqqını tələb edə, hüququnu oxuya və qoruya, bir sözlə səsli nitq vasitəsilə özünü ifadə və müdafiə edə bilsin. Amma bizim cəmiyyətdə insanlar səslərini itiriblər. Onlar səsli nitq vasitəsilə nə ətrafındakılarla anlaşa bilir, nə də özlərini anlaya bilirlər. Onlar daha çox səssiz qalmağa üstünlük verirlər, nəinki səslənməyə. Insanımızın haqqını, hüququnu, mənliyini insanlığını əlindən alırlar, o isə səssiz səslənir. Yəni, üzünü çevirir və öz işinə gedir- hətta onun arxasından təhqirə yol  verilsə belə. Hə bir şey də var ki, onsuz da xalqımızın 70-80 faizi artıq peysərləşib- onları təhqir etsən belə xeyri olmayacaq.  Bu halda insanımıza ən böyük təhqir elə onun haqqının yeyilməsi, hüququnun tapdanmasıdır deyə düşünürəm. Ona görə ki, artıq çoxunluqla peysərləşən xalqım  peysərliyə zapadlo kimi baxmır. Yaxşı, bunu qoyduq bir kənara bəs, təməl haqlarınızı niyə tələb etmirsiniz??? Nədir sizi bundan çəkindirən axı???  

      Deyirlər ki, azərilər pulu çox sevir. Lap yaxşı. Bununla qismən də olsa razıyam. Məncə pul dəyərlidir, özü də əziyyətlə qazanılırsa xüsusilə dəyərlidir. Amma mənə bir şey çatmır ki, biz pulu sevə- sevə niyə pulumuzu kimlərəsə rüşvət kimi veririk?? Niyə öz əziyyətimizi, pulumuzu dəyərləndirmirik?? Niyə səsimizi çıxarıb haqqımız olanı pulsuz əldə edə bilmirik?? Kim bizim səsimizi əlimizdən alıb axı??  Bizim ki səs tellərimiz yerindədir((. 

     Qanunlara və qaydalara niyə əməl edə bilmirik??  Niyə qaydaları pozanlara adekvat ictimai qınaq nümayiş etdirmək üçün səsimizi çıxartmırıq?? Deyəsən bilirəm: çünki, o təfəkkür, cəsarət, ağıl, öncəgörmə  formalaşmayıb bizdə. Sözügedən xüsusiyyətləri formalaşdırmaq üçün insanımız oxumaqdan, məlumatlanmaqdan, təhsil almaqdan uzaqlaşdırılmamalı və ya  özü uzaq durmamlıdır. Məlumdur ki, təhsil sahəsində gedən “islahat”lar- əgər bunları belə adlandırmaq olarsa)), insanımızın savadsızlaşmağına, təhsildən, elmdən uzaq duşməyinə xidmət edir ve sözügedən “isalahat”lara da səsimizi çıxara bilmirik. Deməli, dolayısı ilə səsimizi- gələcəyimizi əlimizdən almağa çalışırlar.

       Ən önəmlisi  niyə sandıqdan bizim yox kimlərinsə səsi cıxır??  Niyə səsimizi – bu ölkənin həqiqi sahiblərinin ününü boğur, 3-5 adamın səsinin eşidilməyinə səbəb oluruq?? Bizim insanımızın gələcəyə, yaxşıya, ədalətə, haqqa səsi qalmayıb. Saxlamayıblar bu sorağı özlərində. Inamı, güvəni, birliyi, bərabərliyi mümkünsüzləşdirmişik. Hər sahədən ruşvətin, acgözlüyün, dərəbəyliyin qoxusu gəlir...

       Belə... Həyat davam edir. Insanımız yaşayır, amma səssiz-səmirsiz...  Məndən sizə tövsiyyə: Siz siz olun səsli yaşayın!! 

       Və sonda: Allahdan sizə səs -küy arzulayıram səssiz- səmirsiz))



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az