Şeyxülilam Allahşükür Paşazadə Misir Müftisi ilə görüşüb

Şeyxülilam Allahşükür Paşazadə Misir Müftisi ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə səfərdə olduğu  Misir Ərəb Respublikasının paytaxtı Qahirədə oktyabrın 17-də Misirin Müftisi, Dünya Fətva Heyətləri Baş Katibliyinin rəhbəri Şövqi Əllamla görüşüb. Qafqaz Müsəlmanları İdarəsinin sədri  Şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşməkdən  məmnunluğunu ifadə edən Şövqi Əllam rəhbərlik etdiyi qurumun VIII Forumu, toplantıda müzakirə ediləcək məsələlər barədə geniş məlumat verib.
         
Misir Müftisi qeyd edib ki, Forumda Dünya Fətva Heyətləri Baş Katibliyinin fəaliyyətinə verdiyi töhfələrə görə Şeyxülislam Allahşükür Paşazadə "İmam Qarafi” ordeni ilə təltif olunacaq.   Şeyxülislam A.Paşazadə öz növbəsində bildirib ki, Misir Ərəb Respublikasına növbəti dəfə səfər etmək və qardaşı Şövqi Əllamla yenidən görüşmək imkanı qazandığına görə Allah-Təalaya dualar edir.  QMİ sədri A. Paşazadə sülhə və əmin-amanlığa böyük ehtiyac duyulduğu bir dövrdə Qahirədə belə bir Forumun keçirilməsini mühüm hadisə adlandırıb və tədbirinm işinə uğurlar arzulayıb.
         
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Görüşdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Elxan Poluxov  iştirak edib.
 

  




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az