Şeyxülislam Allahşükür Paşazadə yeni təyin edilən din xadimləri ilə görüşdü

Şeyxülislam Allahşükür Paşazadə yeni təyin edilən din xadimləri ilə görüşdü

Mayın 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi imtahanlarda uğur qazanaraq ibadət yerlərinə təyinat alan bir qrup din xadimi ilə görüşdü. 
 Din xadimlərini təbrik edən Şeyxülislam həzrətləri onlara xoş arzularını və xeyir-dualarını çatdırdı. Ölkədəki din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən QMİ sədri yeni təyin edilən din xadimlərinin bu əlaqələrin inkişafına, vəhdətimizin möhkəmlənməsinə öz töhfələrini verəcəyinə inandığını bildirdi. 
 
Şeyxülislam Allahşükür Paşazadə dini, milli-mənəvi dəyərlərimizin qorunması, İslamın doğru-düzgün təbliği, xüsusi ilə gənclər arasında maarifləndirmənin və xarici qüvvələrin radikal meylərinin qarşısının alınması sahəsində bu gün din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi. Dini mərkəz olaraq QMİ-nin verdiyi fətvaların, moizə və xütbələrin icrası ilə bağlı tövsiyələrini çatdırdı. 
 
Sonda din xadimlərinə Qurani-Kərim və QMİ-nin fəaliyyətindən bəhs edən kitablar hədiyyə olundu. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az