Şeyxülislam Birləşmiş Ərəb Əmirliklərinin səfirliyini ziyarət edib – Başsağlığı verib (FOTOLAR)

Şeyxülislam Birləşmiş Ərəb Əmirliklərinin səfirliyini ziyarət edib – Başsağlığı verib (FOTOLAR)

Mayın 17-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə  Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyini ziyarət edib.

Bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb.

Şeyxülislam həzrətləri görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.

BƏƏ-nin ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi və diplomatik  korpusun əməkdaşları ilə görüşən QMİ sədri mərhum Şeyx Xəlifə bin Zayed Al Nəhyanın xidmətlərini yüksək qiymətləndirib, yeni Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə inamını ifadə edib. Sonda Şeyxülislam Allahşükür Paşazadə səfirlikdə açılan matəm kitabına başsağlığı sözlərini yazıb.
 
https://azpost.info/wp-content/uploads/2022/05/seyx-bee-sefirlik-768x512.jpg 768w, https://azpost.info/wp-content/uploads/2022/05/seyx-bee-sefirlik-380x253.jpg 380w, https://azpost.info/wp-content/uploads/2022/05/seyx-bee-sefirlik-550x367.jpg 550w, https://azpost.info/wp-content/uploads/2022/05/seyx-bee-sefirlik-800x533.jpg 800w, https://azpost.info/wp-content/uploads/2022/05/seyx-bee-sefirlik.jpg 900w" sizes="(max-width: 600px) 100vw, 600px" style="box-sizing: border-box; vertical-align: middle; max-width: 100%; height: auto;" />
https://azpost.info/wp-content/uploads/2022/05/seyx-bee-sefirlik02-768x512.jpg 768w, https://azpost.info/wp-content/uploads/2022/05/seyx-bee-sefirlik02-380x253.jpg 380w, https://azpost.info/wp-content/uploads/2022/05/seyx-bee-sefirlik02-550x367.jpg 550w, https://azpost.info/wp-content/uploads/2022/05/seyx-bee-sefirlik02-800x533.jpg 800w, https://azpost.info/wp-content/uploads/2022/05/seyx-bee-sefirlik02.jpg 900w" sizes="(max-width: 600px) 100vw, 600px" style="box-sizing: border-box; vertical-align: middle; max-width: 100%; height: auto;" />

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az