Vətəninfo.az xəbər verir ki, Türkiyəli məşhur müğənni Sezen Aksu səhnə fəaliyyətini dayandıracaq. O, Bursa şəhərində verdiyi konsertdə səhnəni tərk edəcəyini deyib. AzVision.az xəbər verir ki, müğənnilik fəaliyyətinin 39-cu ilini qeyd edən Sezen Aksu səhnə həyatının 40-cı ili tamam olduqdan sonra sənətdən gedəcəyini bildirib.
“Hürriyət” qəzetinin suallarını cavablandıran müğənni bunun ani qərar olmadığını vurğulayıb: “Uzun müddət götür-qoy etdikdən sonra bu qərara gəlmişəm. Bu, 10 ildir düşündüyüm, bəzən də dilə gətirdiyim qərardır. Səhnə həyatımın 40-cı il dönümü üçün Mustafa Oğuzla layihəmiz var, amma detallarını açıqlaya bilmərəm. Həmin laiyhə reallaşdıqdan sonra artıq səhnəyə çıxmayacağam. Hər şeyin vaxtı var, mənim səhnə həyatım da bu qədərdir”.
Mahnılara gəlincə isə “minik sərçə” vurğulayıb ki, bu sahədə fəaliyyətini davam etdirəcək: “Musiqi bitə bilməz. Əlbəttə ki, yeni mahnılar yazmağa davam edəcəyəm. İstedadlı insanlara bacardığım qədər kömək edəcəyəm. Yeni istedadlar kəşf edib, onlara şərait yaratmağa çalışacağam. Amma çox darıxsam ildə bir dəfə konsert verə bilərəm”.
Sezen Aksu onu da qeyd edib ki, kitab yazmağa hazırlaşır: “ Kitab yazmaq fikrim “yaşadıqlarımı danışsam roman olar” deyiminə döndü. Həyatımdakı hadisələrdən bəhs edən kitab yazacağam”.
Vətəninfo.az
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür