Şirvanda Rəsulzadəyə hörmətsizlik

Şirvanda Rəsulzadəyə hörmətsizlik

Ölkənin bütün bölgələrində abadlıq və quruculuq,küçə və prospektlərin yenidən qurulması, meşə zolaqlarının bərpası və digər işlərin görülməsi üçün ölkə prezidenti İlham Əliyev davamlı olaraq dövlət büdcəsindən və yaxutda prezidentin ehtiyat fondundan əlavə vəsaitlər ayırmaqdadır. Düzdür müəyyən rayonlar vardır ki, doğurdan da canıyananlıqla  abadlıq və quruculuq işlərində əllərin daşın altına qoyurlar. Amma bəzi rayonlar vardır ki, "üstü bəzək,altı təzək" işləri həyata keçirərək həm yuxarı dairələri,eyni zamanda da işlədikləri rayonların əhalisini aldatmağa çalışırlar. Şirvan əhalisinin sayına və ərazisi baxımdan böyük şəhər hesab edilə bilər. Bu şəhər Müdafiə Sənayesi naziri Yavər Camallovun qardaşı Mərdan Camalova tapşırılıb və şəhərin yenidən qurulması istiqamətində ölkə prezidenti tərəfindən ciddi tapşırıqlar verilib. Amma maraqlısı budur ki. Bakıda keçiriləcək 1-ci Avropa oyunlarına qıssa bir vaxt qalmasına baxmayaraq Şirvan şəhəri həl də abadlıq və quruculuq işləri doğru-dürüst aparılmamaqdadır. Mərdan Camalovun Demokratik Azərbaycan Cumhuriyyətinin qurucusu və banisi Məmməd Əmin Rəsulzadəyə olan münasibətinin nəticəsidir ki, Əsirmizin Siyavuşunun adını daşıdığı küçə necə gəldi təmir olunmaqdadır. Məmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin bir hissəsi təmir olunsa da, digər bir hissəsi baxımsız vəziyyətdə saxlanılır. Mərdan Camalov cənabları deyəsən ölkəmizə gələcək xarici qonaqların Azərbaycanı gəzən zaman Şirvandan yan ötəcəyini düşünür və bu üzdən də Rəsulzadənin adını daşıyan küçəni görməzdən gəlir.

Nə deyək fotolar hər şeyi deyir.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az