Siyavuş Novruzov: “Məscidin ziyarətinə gedəndə, pişiyin cənab Prezidentin qarşısına çıxmasının özü də bir göstəricidir...”

Siyavuş Novruzov: “Məscidin ziyarətinə gedəndə, pişiyin cənab Prezidentin qarşısına çıxmasının özü də bir göstəricidir...”

 
"Cənab Prezident İlham Əliyevin pişiyə sığal çəkməsi humanistliyin nümunəsi idi. Bundan əvvəl cənab İlham Əliyev yüksək humanistlik nümunəsi göstərərək böyük bir əfv Sərəncamı imzalayıb. Bu, müstəqillik dövrünün ən böyük əfv Sərəncamıdır, 800-dən artıq insana şamil olunub. Məscidin ziyarətinə gedəndə, pişiyin cənab Prezidentin qarşısına çıxmasının özü də bir göstəricidir. Hətta pişik Peyğəmbərimizin ətəyində yatanda, o, ətəyini kəsmişdi ki, pişiyi narahat etməsin. Cənab Prezidentin pişiyə tumar çəkməsi də humanizmin göstəricisidir. Bu, o deməkdir ki, biz təkcə zor, güc dili ilə deyil, eyni zamanda sülh dili ilə də danışırıq”.

 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 
S.Novruzov Prezident İlham Əliyevin pişiyə sığal çəkməsinin "hədəflərə artıq çatılıb” mesajı kimi dəyərləndirilməsinə də münasibət bildirib: "Təbii ki, bütün hədəflərə çatmaq üçün addımlar atılır. Mərhələ-mərhələ şahid oluruq ki, hər məqsədə nail olunur. Cənab Prezident həmişə qeyd edirdi ki, nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm! Laçında Azərbaycan sərhəd-buraxılış məntəqəsənin qurulması, sərhəd qoşunlarının yerləşdirilməsi, Azərbaycan Ordusu tərəfindən 14-dən artıq yüksəkliyin nəzarətə götürülməsi, Azərbaycanın post-sovet dövründəki sərhədlərinin, demək olar, bərpası, yol infrastrukturu, yeraltı tunellər, körpülər, su qoşaqları, elektrik enerjisinin təchizatı və digər məsələlər... Cənab Prezident addım-addım qarşıya qoyulan bütün məqsədlərə nail olub, bundan sonra da olacaq. Çünki burada Azərbaycan xalqının maraqları, xalqla Prezident birliyi var. Bütün xalq Ali Baş Komandanı dəstəkləyir, onunla bir yerdədir. Azərbaycanın güclü Ordusu var. Atılacaq hər bir addım ardıcıl şəkildə həyata keçirilir və bütün xalq tərəfindən dəstəklənir”.
Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.


****

Əfv sərəncamına hansısa məqamda kölgə salmağa çalışırlar.

 

Modern.az xəbər verir ki, bunun Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bildirib.

 

"Təəssüf ki, bəzi partiyalar, blogerlər əfvə kölgə salmağa çalışır. Ölkədə 800-dən çox insan əfv olunub. AXCP-Müsavat və Milli Şuranın 3-4 toyuq oğrusunun azadlığa çıxmaması onları narahat edir. Tərəzinin bu tərəfində Azərbaycan xalqını təmsil edən bu qədər insan qalır, lakin özlərinin 3-4 nəfəri üçün ictimaiyyətə yalan məlumat verir, böyük əfvə kölgə salmağa çalışırlar”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az