Siyavuş Novruzovun köməkçisi vətəndaşı döyüb?

Siyavuş Novruzovun köməkçisi vətəndaşı döyüb?
Sosial şəbəkələrdə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun köməkçisi olduğu iddia edilən Həsən Daşdəmirov adlı şəxsin vətəndaşı döyməsi ilə bağlı yayılan video geniş müzakirə yaradıb. 

 

Pravda.az xəbər verir ki, S.Novruzov Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin Təşkilati məsələlər üzrə müavini vəzifəsində çalışarkən H.Daşdəmirov şöbənin əməkdaşı olub.

 

Novruzovun Daşdəmirovla dörd ilə yaxındır, əlaqəsi yoxdur. 

 

H.Daşdəmirov uzun müddətdir, işdən uzaqlaşdırılıb, əvvəllər də Siyavuş Novruzovun rəsmi köməkçisi olmayıb. 

 

Pravda.az-ın əməkdaşı yayılan görüntü ilə bağlı Həsən Daşdəmirovla əlaqə saxlasa da, o, danışmaq istəməyib.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az