ŞOK! Erməni aviaşirkətin sahibi Bakıya niyə gəlib?

ŞOK! Erməni aviaşirkətin sahibi Bakıya niyə gəlib?

Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı ilə tanınan “OneTwoTrip” şirkətinin həmtəsisçilərindən biri Petr Kutis 22-24 sentyabr 2012-ci il tarixlərində Azərbaycanda səfərdə olub. Bizimxeber.az-a eksklüziv olaraq daxil olan məlumatda bildirilir ki, P.Kutis...

Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı ilə tanınan “OneTwoTrip” şirkətinin həmtəsisçilərindən biri Petr Kutis 22-24 sentyabr 2012-ci il tarixlərində Azərbaycanda səfərdə olub.

Bizimxeber.az-a eksklüziv olaraq daxil olan məlumatda bildirilir ki,  P.Kutis Azərbaycanda olduğu müddətdə bir sıra turizm şirkətlərinin rəhbərləri ilə görüşüb və qarşılıqlı əməkdaşlığa dair sənədlər imzalanıb.

Qeyd edək ki, “OneTwoTrip” şirkəti avia bilet satışı ilə məşul olur. Hazırda sözügedən şirkətin digər həmtəsisiçisi isə erməni əsilli biznesmen, P.Kutisin şəriki Ovanes Poqosyandır. O.Poqosyan Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı göstərməsi ilə də tanınır. “www.onetwotrip.com” saytının rəhbəri isə Petr Kutisdir.

O, 1977-ci ildə Kişinyovda doğulub. 2011-ci ildə o, Ovanes Poqosyan adlı erməni ilə aviabiletlərin onlayn satışı ilə məşğul olan “OneTwoTrip.com”u yaradıb. Bu xidmətlə təqribi olaraq gündəlik 700 aviabilet satılır, şirkətin aylıq dövriyyəsi isə 6 mln. dollardır. Bu saytın Azərbaycan versiyası “onetwotrip.az” vasitəsilə istənilən yerə bilet sifariş etmək olur. Şirkət dünyanın 500 aviaşirkəti ilə əməkdaşlıq edir.

Şirkət sahiblərindən birinin məhz Ovanes Poqosyan olması ilə bağlı bundan öncə Azərbaycan mətbuatında kifayət qədər informasiya verilib.

Ermənistanın “armenianreport ” saytı Azərbaycan mətbuatının məsələnin üstünə bu qədər getdiyini görüb, “OneTwoTrip” haqqında geniş məqalə yayımlayıb.

Saytın “17.09.2012” tarixində “Азербайджанцы готовы бойкотировать даже частично принадлежащие армянам компании” başlıqlı yayımladığı yazıda Ermənilərə qarşı irqçiliyin hələ də Azərbaycanda davam etdiyi və Azərbaycan mətbuatının buna görə “OneTwoTrip” qalmqalını ortaya atdığı qeyd edilib. Yazıda İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI)-na bu haqda məlumat veriləcəyi də bildirilib.

“Onetwotrip.az”ın “Facebook”dan da kifayət qədər izləyicisi olduğunu görmək mümkündür. Şirkətin Azərbaycan dilli oxucular üçün yaratdığı səhifənin 78 mindən çox üzvü var ki, bu da bilet satışı ilə məşğul olan şirkət üçün kifayət edici rəqəmdir.

Ovanes Poqosyan kimdir?

Şirkətin sahiblərindən biri olan Ovanes Poqosyanın harada dünyaya gəlməsi haqqında məlumatlara rast gəlməsək də, onun Rusiyada nüfuzlu biznesmenlərdən biri olduğu məlum olub. Poqosyan “Biznes-Stil” jurnalına verdiyi müsahibədə öz şəxsi biznesindən və “Onetwotrip”in yaranmasından danışıb. O, bu layihənin öz ideası olduğunu söyləyib: ““www.onetwotrip.com” ən aşağı qiymətlərlə sürətli və rahat biletlərin alışını təmin edir. Bu mənim ideyam idi. Sözün düzü bu ideyanın bu qədər məşhur olacağını təxmin etmirdim. Amma bu layihə 6 ay ərzində aviabilet bazarında müştəriləri ümumi 300,000 dollar ziyandan xilas edib”.
Bu barədə araşdırmamızı davam etdirəcəyik!!!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az