Şoyqu infarkt keçirdi - İDDİA

Şoyqu infarkt keçirdi - İDDİA

Rusiyanın müdafiə naziri Sergey Şoyqu infarkt keçirərək xəstəxanaya yerləşdirilib.

Miq.Az Rusiya KİV-ə istinadən xəbər verir  ki, bu  barədə  Rusiya-İsrail ictimai xadimi, YuKOS-un keçmiş həmtəsisçisi Leonid Nevzlin məlumat verib.

Onun sözlərinə görə, Şoyqu infarkt keçirib. Rusiya Federasiyasının müdafiə nazirinin sağ qalıb-qalmayacağı məlum deyil.

"Şoyqu sağ qalsa, əlil ola bilər. Qəfildən infarkt keçirdi, reanimasiyadadır, cihazlara qoşulub", - deyə xadim bildirib. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az