ÜST-dən müəmmalı hesabat: Koronanın dərmanı...

ÜST-dən müəmmalı hesabat: Koronanın dərmanı...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusun müalicəsi üçün tövsiyə olunan "Remdesivir” dərmanı ilə bağlı hesabat hazırlayıb.

Miq.Az xəbər verir ki, hesabatda pandemiyanın müalicəsində "Remdesivir” dərmanının heç faydasının olmadığı vurğulanıb:

"Bu dərman 237 xəstə üzərində sınaqdan keçirilib. Sınaqdan sonra bəlli olub ki, dərman heç bir effekt vermir. Əksinə, yan təsirləri daha çoxdur. Buna görə də dərmanın sınaq prosesi dayandırılıb”.

Bir müddət sonra ÜST rəsmi saytından hesabatı "səhv oldu” deyə çıxarıb.

Məsələ ilə bağlı danışan ÜST-ün "COVİD-19” üzrə sözçüsü Tarik Jasareviç bildirib ki, mütəxəssislər tərəfindən hazırlanan sənədin layihəsi ÜST-ə göndərilib:

"Lakin səhv anlaşıldıqdan dərhal sonra məlumat çıxarılıb. Hesabata girişi digər mütəxəssislər baxdıqdan sonra təkrar açacağıq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az