Sülhəddin Əkbər Rəsul Quliyevlə görüşə getdi

Sülhəddin Əkbər Rəsul Quliyevlə görüşə getdi

Rəsul Quliyev eks müsavatçı ilə anlaşa biləcəkmi?

Müsavat Məclisinin sabiq sədri, Avro-Atlantik Şuranın rəhbəri Sülhəddin Əkbər bu gün səhər Norveçə yola düşüb. Səfərin məqsədi hazırda bu ölkədə olan Azərbaycan parlamentinin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə görüşmək, onunla siyasi əməkdaşlıq imkanlarını müzakirə etməkdir. Bu barədə azpolitika-ya məlumatlı mənbə bildirib. 

Sülhəddin Əkbərlə yanaşı Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev də Norveçə gedib. ALDP sədri Açıq Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təmsilçisi olaraq Rəsul Quliyevi Noveçdə keçirəcəyi görüşlərdə müşayiət edəcək. 

Xatırladaq ki, Fuad Əliyev təxminən iki həftə əvvəl ABŞ-a da səfər etmiş, Rəsul Quliyevlə birlikdə görüşlərdə iştirak etmişdi. 

Sülhəddin Əkbərlə Rəsul Quliyevin görüşündə nələrin müzakirə olunacağına gəlincə,  məlumata görə, iki siyasətçi arasında artıq prinsipial razılaşmalar var. Norveç görüşündə sadəcə detallar müzakirə ollunacaq. Prinsipial razılaşma isə ondan ibarətdir ki, bu siyasətçilər bundan sonra birlikdə hərəkət etmək barədə qərar veriblər. O da dəqiqləşib ki, Sülhəddin Əkbər Rəsul Quliyevdən sonra ikinci şəxs olacaq - ya birbaşa ACP-yə sədr gətiriləcək, ya da Rəsul Quliyevin ətrafında yaranacaq yeni partiyalarüstü qurumun rəhbəri olacaq. Mənbə bildirir ki, Sülhəddin Əkbər daha çox partiya sədrliyinə «stavka» etdiyindən razılaşmanın da bu istiqamətdə olacağı ehtimalı böyükdür. Baxmayaraq ki, Rəsul Quliyev daha çox birinci variantın tərəfdarıdır. 

“Gündəminfo.az”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az