Suriyanın şimalında "təhlükəsiz zona" yaradılır

Suriyanın şimalında
Amerikanın "Vaşinqton Post” qəzeti son Türkiyə-ABŞ müqaviləsinin Şimali Suriyada faktiki olaraq bir təhlükəsiz bölgə elanını nəzərdə tutduğunu bildirib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qəzet məqaləsində iddia edilir ki, İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatından təmizlənəcək və Fərat çayından başlayıb təxminən 110 km qərbə, 60 km dərinliyə çatacaq təhlükəsiz bölgə Hələb vilayətinə uzanacaq və Suriya müxalifətinin nəzarətinə veriləcək. Xəbərə görə, bu sahə Türkiyəyə qaçan suriyalılar üçün də təhlükəsiz bölgə ola bilər.
Bir amerikalı səlahiyyətli  deyib ki, hədəf İŞİD-dən təmizlənmiş bir sahə əmələ gəlməsi və Türkiyənin Suriya sərhədində daha çox təhlükəsizlik və sabitlik təmin olunmasıdır.  
Vətəninfo.az
  




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az