Sürücülərə XƏBƏRDARLIQ - Bakıda bu yol BAĞLANIR

Sürücülərə XƏBƏRDARLIQ - Bakıda bu yol BAĞLANIR
Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissəsi tam olaraq bağlanır.

Bu barədə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən  bildirilib.
Sürücülərdən bunu nəzərə almaları və öncədən hərəkət istiqamətlərinə uyğun digər geri dönmə hissələrdən istifadə etmələri xahiş olunur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az