Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı Səbail rayonunda sərgi və Şuşa rayonundan məcburi köçkünlərlə görüş keçirilib. Ölkə Prezidenti İlham Əliyevin «Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin iyirminci ildönümü haqqında» sərəncamının icrası ilə bağlı paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda tədbirlər planı hazırlanıb, rayonun idarə, təşkilatlarından, orta və ali məktəblərində, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilir. “Vətənifo.az”ın məlumatına görə, tədbirlər planı çərçivəsində Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi ilə birlikdə «Sahil bağı»ndə «Azərbaycan Xalqının Soyqırım Qurbanları» mövzusunda foto sərgi təşkil olunub. Rayon rəhbərliyi, rayonun orta və ali məktəblərinin kollektivlərinin, müharibə veteranları və əlillərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə sərginin açılışı keçirilib, iştirakçılar mənfur ermənilər tərəfindən zaman-zaman xalqımıza qaşdı törədilmiş amansız soyqırım hadisələrinin əks olunduğu fotolara baxıblar. Eyni vaxtda «Sahil bağı»nda Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclərin Şuşanın icğalına etiraz aksiya keçirilib, iştirakçılar tərəfindən əhaliyə, xüsusilə xarici vətəndaşlara Şuşa barəsində açıqcalar paylanılıb.
Bu gün Şuşanın icğalının 20-ci ildönümü ilə bağlı Dövlət Gənc Tamaşasılar Teatrında Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə rayonda məskunlaşmış Şuşa rayonundan olan məcburi köçkünlərlə görüşü də keçirilib. Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov hər bir Azərbaycanlı üçün çox ağır bir hadisə olan Şuşa şəhərinin Erməni silahlı qüvvələri tərəfindən işğalınından danışıb, Azərbaycan mədəniyyətinin beşiyi sayınan şəhərin tarixi, onun inkişafı barədə məlumat verib.
Qeyd edib ki 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul olunub.
Onu da vurğulayaq ki, bu gün Şuşadan olan məcburi köçkünlər respublikamızın bir çox rayondalında, o cümlədən Bakı şəhərinin Səbail rayonunda məskunlaşmışlar. Hazırda rayonda Şuşadan 91 ailə yaşayır ki, onların da çoxu Bibiheybət qəsəbəsindəki «Şıx» sanatoriyasında məskunlaşıbr.
RİH tərəfindən həmin ailələrin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülür, bayramlar vaxtı bu ailələrə yardımlar göstərilir. A.Əsgərov çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz güclənmiş və bu gün Qafqaş regionunda ən qüdrətli orduya çevrilib.
Hazırda müxtəlif beynəlxalq səviyyələrdə torpaqlarımızın geri qaytarılması, ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində işlər aparılır və əmin olduğunu bildirmişdir ki, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəkdir.
Tədbirdə çıxış edənlər Şuşalılar şəhərin icğalı ilə bağlı şahidi olduqları hadisələrdən danışmış, bu gün dövlət tərəfindən onlara olan diqqətdən söz açmış, doğma torpaqlarna qayıdacaqları günü səbirsizliklə gözlədiklərini və bu istiqamətdə ölkə rəhbərinin səylərini dəstəklədiklərini bildirmişlər. Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Şuşa rayonundan məcburi köçkün ailələrinə RİH tərəfindən yardımlar təqdim olunub.