Bu sözləri “Veteninfo.az”a Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı bu gün cəmiyyətin narazı təbəqəsinin müxalifətin ətrafında birləşə bilməməsini və müxalif qüvvələrin mövcud fəaliyyət strategiyasını şərh edərkən bildirdi.
"Amma fikir tək müraciətdə deyil, həmdə gərək insanların qabağına doğruçu, həqiqətpərəst, ədalətli və mərhəmətli insan kimi çıxmaq lazımdır. Xalqı çaşqın və pərakəndə salan fikir və düşüncəli insanların hədəfləri bəllidir. Suyu bulandırmaqla ölkəmizə və dövlətçiliyimizə düşmən olan güc dövlətləri, onların əlində vasitə, silah olan qonşu erməni dövləti və seperatçı etnik qruplar fürsətdə durduğu bir vaxtda, gündəmdə qalmaq istəyən cahil məhəllə təfəkkürlü müxalifət libası geymiş qaragürühçu dəstəni xalq necə dəstəkləyər?
Partiya sədri insanları irəli aparmaq üçün ilk öncə insanda geniş ürəyə sahib olmağın vacibliyini əsas olduğunu bildirdi: ”İnsanları irəli aparmaq üçün geniş ürək lazımdır ki, bütün narazı qüvvələri bir araya gətirsin. Hətta milli və dövlət maraqları, həbsdə olan silahdaşların azadlığından da önəmli olmalıdır. Problemi tək bu deyil. Müxalifət düşərgəsində ağsaqqalıq və birlik olmaması bir yana, xalq 20 ildi bir-birin təhqir edən, ələ salıb aşağılayan sonra isə heç nə olmamış kimi, bir yerdə olan və yenidən düşmən olan qüvvələrin arxasınca nə qədər getməlidir? Məgər, müxalifətçilik bu dəstənin boyuna ölçülüb? Ziyalı ordusunu ayaqları altına atan və onlarla hesablaşmayan iqtidarla müxalifəti müqayisə etsəydiniz daha yaxşı olardı. Bu 20 - ildə xalqı az qala addım başı ələ salan iqtidar və müxalifət oyununu görmək istəmirsinizsə milli ideolgiyamıza sadiq insanların meydanda olmasını tanımaq lazımdır. İdeyası və ideologiyası olmayan insanların qapıları xalqın üzünə elə bağlanıb ki, dəstək üçün fikirləri olanlar belə onlara yaxın düşə bilmir. Əksinə, onların indiyə kimi gündəmdə saxlayan maddiyyat və ideya sahiblərinin əlində əsir qalmaqları faktı xalqı yorub və bezdirib”.