Tahir Kərimlidən SƏRT SÖZLƏR: “Buna nə vaxta qədər dözəcəyik?”

Tahir Kərimlidən SƏRT SÖZLƏR: “Buna nə vaxta qədər dözəcəyik?”

"Bu gün yeni tikilən binalarda işçilər şənbə, bazar günləri işlədilir. Hətta Cümhuriyyət bayramında da diqqət etdim bəzi binalarda fəhlələr iş başında idi. Bununla onların əmək hüquqları pozulur”.

Publika.az-ın məlumatına görə, bu sözləri millət vəkili Tahir Kərimli Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O, yeni hökumətdən bu məsələyə nəzarətin gücləndirilməsini xahiş edib:

"İstirahət və bayram günlərində fəhlələr işlədiləndə onlara əmək haqqı "qara siyahı” ilə verilir. İnsanlar iş vaxtından artıq işləməyə məcbur olurlar. Nəticədə vergilər dövlətə gəlmir, dövlət varlı olmur, əməkhaqqı, pensiyalar kifayət qədər artmır. Yeni hökumətdən xahiş edərdim ki, buna ciddi şəkildə nəzarət edilsin. Nə vaxta qədər buna dözəcəyik? Tarix kitablarında oxuyurduq ki, vəhşi kapitalizm dövründə insanlar səkkiz saatlıq iş uğrunda mübarizə aparırdı. Fəhlələr 12-15 saat işləməyə məcbur olurlar. Lakin ailələrini dolandırmaq üçün etiraz da edə bilmirlər. Bu gün ölkədə vergi, maliyyə intizamı lazımdır”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az