Parlament seçkiləri öncəsi ehtimal olunan kadır islahatları bir çox məmurları hərəkətə gətirib.Bu sırada icra başçılarının aktivliyi xüsusi ilə seçilir.Belə ki, artıq bəzi icra başçılarının “qələminin qırılması”haqda həmkarları arasında səhih məlumatlar var və rayonundan narazı olanlar bu prosesdən bəhrələnərək yeni təyinata sahiblənmək istəyirlər.
Vətəninfo.az-ın redaksiyasına daxil olan məlumata görə,daha prestijli təyinat almaq istəyində olan icra başçılarından biri də Səlyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovdu. Hakimiyyət dairələrində müəyyən dəstəyə malik icra başçılarından syılan Tahir Kərimovun iddialara görə, gözünü Şirvan şəhər icra başçısı postuna dikib.
Məlumata görə, Tahir Kərimov Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşı Mərdan Camalovun vəzifəsindən azad olunacağı xəbərin alıb və indidən Şirvan şəhər icra hakimiyyəti postuna gözünü dikib. İddialara görə, artıq Tahir Kəromov hakimiyyət daxilindəki dəstəkçilərinin köməyinə arxalanmaqla yanaşı, özünün şəxsi müstəvidəki əlaqələrini də bu istiqamətəd işə salıb.
Daxil olan məlumatda səsləndirilən iddiaların doğru və yaxut da iddiadan ibarət olduğunu deyə bilməsək də, ancaq bəlli olan budur ki, qarşıdakı parlamet seçkiləri öncəsi birsıra rayonların icra başçılarının tutduqları vəzifələrdən uzaqlaşdırılacağı ehtimalı yüksəkdir. Bu sırada Tahir Kərimovun Səlyan rayonundan Şirvan şəhərinə icra başçısı göndəriləcək və yaxut da tamamilə vəzifədən uzaqlaşdırılacağını yalnız və yalnız prosesləri izləməklə şahidi ola bilərik. Hazırda mövcud mənzərə ondan ibarətdir ki, Tahir Kəromov Səlyanın icra başçısıdır və Səlyanı sərib yumaqla məşğuldu.
Vətəninfo.az