Hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin və sığınacağının sədri Kəmalə Ağazadənin evinə içalatı çıxarılmış koramal atılıb.
Publika.az-ın məlumatına görə, bu haqdaAzərbaycan Uşaq Birliyinin sabiq əməkdaşı, bir vaxtlar Uşaqlar Birliyində koordinator kimi çalışan Vasif Akifli xəbər verib.
K.Ağazadə öz qardaşı arvadı tərəfindən məhkəməyə verilib və rüşvət almaqda ittiham olunur. Bu məsələ ilə bağlı məhkəmədə ifadə vermək üçün bir vaxtlar Uşaqlar Birliyində koordinator kimi çalışan Vasif Akifli Türkiyədən Azərbaycana gəlib.
"Günləridir media və sosial şəbəkələr Kəmalə xanım Ağazadədən yazır. Rüşvətxordur, dələduzdur, uşaqlara qarşı zorakıdır, müxtəlif insanlara müxtəlif zamanlarda fiziki, psixoloji, maddi ziyan vurub və s. Anlamadığım bir məqam var. İddia edilən cinayət əməllərinin araşdırılması üçün baş tutan məhkəmədə iddiaçı Həcər Kəngərli niyə iddia tələbini kənara qoyub məhkəmə zalında dindirilən şahidləri mənlə hədələyir ki, dayansın o Vasif. Hələ onunlada varam.
Birincisi, Vasif dayanıb. Hər zamanki yerindədir. Arada sadəcə məsafə vardı, işlərimlə bağlı indi oda yoxdur. Məhz buna görə gəlmişəm. Kəmalə xanımın vəkilindən baş tutacaq məhkəmədə şahid qismində dindirilməyimlə bağlı vəsatət qaldırmasını xahiş etmişəm. Görək bu iddialı xanımın "ər" davası "pul"a,"pul"davası "abort"a abort davası necə Vasifə keçdi? Ədalət yerini tapacaq. Amma bir neçə gün bundan qabaq Kəmalə xanım yaşayan mənzilin pəncərəsindən evə ölmüş koramal atılması vəziyyətin əslində gərginliyini göstərir. Kəmalə xanım bunu ailəsinin və anasının qorxmaması üçün gizlətsə də, mən susmayacam. Növbəti məhkəmədə iştirakıma görə müraciət etmişəm. Mənim də deyəcəklərim var. Həcər Kəngərli niyə və hansı ərizəmə əsasən, tutduğu vəzifədən azad edilib. Hansı "jurnalist" qadınlarla əlbir olub haqqımda nələr edilib. Hansı həkimlərlə bərabər ictimai nüfuzumu ləkələmək üçün oyunlar qurulub. Bu insanlar bir-bir ifşa olunduqda məsələnin içində Həcər Kəngərlinin olduğunu söylədiyi halda susdum. Susdum ki, mənə görə dəyərli olan Kəmalə xanımın ailədaxili məsələsidir. Qarışmış olaram. 3 ildə haqqımda danışmadıqları qalmadı. Amma məncə, bura qədər bəsdir. İndiki Həcər Kəngərli "Dayansın Vasif..onunlada varam" deyir. O zaman buyursun. Adresimi deyim, bir ilan da mənim evimə atdırsın!"

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ