Tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamına cinayət işi açıldı
İş adamı Şərif Salmanova cinayət işi açılıb.

Miq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, xaricdə təhsil şirkətlərinin rəhbəri kimi tanınan Ş.Salmanova Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312.2-ci (Rüşvət vermə) maddələri ilə ittiham elan edilib. Onun barəsində çoxsaylı vətəndaş şikayətlərinin olduğu bildirilir.

Ş.Salmanov istintaqdan yayındığı üçün onun barəsində axtarış da elan edilib.

Qeyd edək ki, "İTCC” və "Bakı Training mərkəzi”nin rəhbəri olan Ş.Salmanov tez-tez televiziya proqramlarına ekspert kimi də dəvət edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az