Tarixi xəzinə tapıldı - Dəyəri 500 trilyon dollar... - FOTOLAR

Tarixi xəzinə tapıldı - Dəyəri 500 trilyon dollar... - FOTOLAR

Türkiyənin Muğla əyalətində tarixi xəzinə tapılıb.

 3200 il əvvələ aid olduğu deyilən xəzinənin dəyəri 500 trilyon dollar təşkil edir. İddialara görə, aşkar edilən qızıl-zinət əşyaları və müxtəlif heykəllər təqribən eradan əvvəl 1184-cü ilə aiddir. Bu da xəzinənin Troya dövründən qaldığını deməyə əsas verir. Bildirilir ki, zinət əşyaları yerli sakinlərin biri tərəfindən tapılıb. Məsələ ilə bağlı artıq müvafiq qurumlara çağırış edilib. Xəzinəni tapan şəxs qızıl-zinət əşylarının hansısa muzeydə və ya hər hansısa bir yerdə saxlanılmasının təhlükəli olduğunu deyib. Çünki soyğunçular onu ələ keçirmək üçün hərəkətə keçə bilər. Hələki sakinin kimliyi açıqlanmır. Yerli mənbələr yazır ki, iddialara rəsmi qurumların araşdırmasından sonra aydınlıq gələcək./ATV.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az