TƏBİB-dən xalq artistinin səhhəti ilə bağlı açıqlama

TƏBİB-dən xalq artistinin səhhəti ilə bağlı açıqlama

TƏBİB Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı məlumat yayıb.

Miq.Az xəbər verir ki, sənətkar bronxopnevmaniya diaqnozu ilə Xəzər Tibb Mərkəzində stasionar müalicəyə qəbul edilib.

"Xalq artistinə mümkün ilkin müayinələr göstərilib və nəzarətə götürülüb. Eyni zamanda, müayinələrin növbəti gedişatının müəyyən edilməsi məqsədilə "Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası planlaşdırılıb. Ə.Həsənovun özəl xəstəxanalardan birinə köçürülməsi üçün ondan COVID-19-la bağlı test götürülüb və nəticəsinə uyğun olaraq qərar veriləcək. Qeyd edək ki, Xalq artisti, həmçinin uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir. Bildirək ki, sosial şəbəkədə yayılan Ə.Həsənovun daxili qanaxmasının olması xəbəri həqiqəti əks etdirmir", - məlumatda bildirilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az