Təhsil Nazirliyi əhaliyə müraciət edib

Təhsil Nazirliyi əhaliyə müraciət edib
Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib. APA-nın xəbərinə görə, müraciətdə bildirilib ki, məktəbli formasının satışı və alışı ilə bağlı məcbur etmə tədbirləri ola bilməz.
 
"Heç bir məktəb, yerli təhsil idarəetmə qurumları məktəbli formalarının müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməz. Ona görə də valideynlər istədikləri yerdən, istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər”, -deyə müraciətdə qeyd olunub.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az