Televiziya işçiləri yol qəzasına düşdü

Televiziya işçiləri yol qəzasına düşdü
Azərbaycanda televiziya işçiləri yol qəzasına düşüb.
Vətəninfo.az-ın APA-ya istinadla məlumatına görə, hadisə bu gün Masazır qəsəbəsində qeydə alınıb. "Dünya” TV-nin çəkiliş qrupunu aparan "Lifan” markalı maşın "Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə televiziyanın xidməti avtomobilinin sürücüsü və maşında olan operator yüngül, jurnalist Nizami Rəsulov isə ağır bədən xəsarətləri alıb.
N. Rəsulov APA-ya açıqlamasında qəzaya düşdüklərini təsdiqləyib: "”Hazırda həkim müayinəsindən keçirik. Sürücü və operator yüngül xəsarət alıblar. Mənim isə xəsarətlərim ağırdır”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az