2014-cü il ərzində Naxçıvan Muxtar Respublikasında 298 sahibkarlıq obyektində 242 halda yeni əmək müqaviləsinin bağlanılmasına, 514 halda isə əmək haqlarının real göstərilməsinə nail olunub.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında nazir Cavid Səfərov məlumat verib.
Onun sözlərinə görə, bundan başqa, əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl olunmasına nəzarət zamanı fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməməsi səbəbindən 85 işçi tikinti sahəsindən uzaqlaşdırılıb, 259 işçi yerində həmin vasitələrlə təmin edilib, nöqsanların aradan qaldırılması məqsədilə 47 halda icrası məcburi olan göstəriş verilib, 659 müəssisədə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanmasına nail olunub.
Bəhs olunan dövrdə 2 727 işaxtaran qeydiyyatda olan vakant iş yerlərinə, 327 nəfər sosial əhəmiyyətli haqqı ödənilən ictimai işlərə, 125 nəfər kvota yerlərinə göndərilib, keçirilmiş əmək yarmarkalarında isə 1 057 nəfər işlə təmin edilib. Qeyd olunan dövr ərzində əmək bazarının tələbinə uyğun olaraq, Naxçıvan Regional Peşə Tədris Mərkəzində 25 peşə kursu təşkil edilib və kurslara 439 iş axtaran vətəndaş cəlb olunub.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər