1905-1906-ci illərdə Erməni-Müsəlman müharibəsi nəticəsində İrəvan və Yelizavetpol(Gəncə) vilayət topraqlarında 200-dən artıq Türk-Müslüman yurdları dağıdılmış, nüfuzu etnik təmizləməyə və toplu qətliyamlara məruz qalmışdır.
1905-1906 illərdə Güney Qafqazda həyata keçirilən qətliyamlar mahiyət ehtibarı ilə ermənilərin iyirminci yüz ildə Türk -Müslümanlara qarşı mərhələli şəkildə həyata keçirdikləri etnik təmizlik siyasətinin bir hissəsi olaraq qeyd edilə bilər.
O dövrün mətbuatında yayımlanan məlumatlara əsaslanaraq 1905-1906 illləri arasında Güney Qafqazda da Ermənilərin həyata keçirdikləri qətliyamların xronologiyasın aşağıdakı kimi sıralaya bilərik:
Bakıda
1.Bakı qətliyamları 6-9 fevral 1905.
2.Bakı qətliyamları 20-30 Avqust 1905.
3.Bakı qətliyamı 20-25 oktyabr 1905.
İrəvan qəzasında
1905-ci ilin May-iyul aylarında.
İrəvan şəhərində
1.İrəvan qətliyamları 20-22 fevral 1905.
2. İrəvan qətliyamları 23- 26 May 1905.
3. İrəvan qətliyamları 18 sentyabr 1905.
4. İrəvan qətliyamları 27 May 8-9 iyul 1906-cı ildə.
Naxçıvan qəzasında
7-13 May,26-30 noyabr 1905-ci ildə Naxçıvanda
5-12 May 1905-ci ildə Naxçıvan çayının aşağı hissəsində,həm də şəhərdə Cəhri çayı boyunca.
12-18 May 1905-ci ildə Naxçıvan çayının yuxarı hissəsində,Əlincə çayı boyunca,
Şurut kəndi və Gilan çayı hövzəsində
Şərur-Dərələyəz qəzasında
29-31 May 1905-ci ildə Şərurda.
May-iyul 1905-ci ildə Dərələyəzdə.
Eçmiədzin qəzasında
24 May-5 iyul 1905
Gömrü qəzasında
Sentyabr-oktyabr 1905
Sürməli qəzasında
2-4 iyul 1906.
Zəngəzur qəzasında
Iyul-dekabr 1905,Şuşa qəzasında,Şuşa səhərində 12-22 iyun 1906,Gəncə qəzasında,Qazax qəzasında,Tiflis şəhərində və diğər əyalət və qəzalarada bu tarixlərdə Azərbaycan Türklərinə qarşı Ermənilər tərəfindən qətliamlar həyata keçirilmişdir.
Həmin illərdə Ermeni silahlı terrorçu qrupları tərəfindən həyata keçirilən qətliyamlar nəticəsində Güney Qafqazın 7 şəhəri böyük dağıntılara məruz qaldı, 12 qəzada 252 kənd yağmalanaraq yerlə bir edildi,100 min ailə qəzalardan,on minlərlə insan şəhərlərdəki evlərindən köç etmək məcburiyyətində qaldı,10 min insane qətl edildi.