Teymur Rəcəbov üçün tay-brek

Teymur Rəcəbov üçün tay-brek

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/16 final mərhələsinin tay-brek matçları baş tutacaq.

1/8 finala gedən yolda Azərbaycan millisinin lideri Teymur Rəcəbov da əlavə görüşlərdə mübarizə aparacaq.


Rusiyalı Peter Svidlerlə ilk 2 oyunda qalib müəyyənləşmədiyindən şahmatçılar sürətli oyunda güclünün adına aydınlıq gətirəcəklər. Həmyerlimiz dueldən qələbə ilə ayrılacağı halda Şəhriyar Məmmədyarovla yoluna davam edəcək.

 

Dünya Kuboku

1/16 final, tay-brek oyunları

 

Teymur Rəcəbov (Azərbaycan) - Peter Svidler (Rusiya)

İlk 2 oyun: 1:1

 

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynov üçüncü mərhələdə mübarizəni dayandırıb.

Apasport.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az