Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru bəzi suallara cavab verdi.
Azərbaycana məxsus təyyarənin qəza səbəbi
Azərbaycanın "SilkWay" şirkətinə məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının səbəbi açıqlanıb.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov jurnalistlərə bu barədə məlumat verib.
O bildirib ki, An-12 yük təyyarəsi havaya qalxdıqdan sonra maneəyə dəyərək qəzaya uğrayıb.
Daha sonra ANS-in əməkdaşının "niyə insanlara gec məlumat verildi, niyə bu qədər susdunuz” sualına Administrasiya direktoru Arif Məmmədov zalı tərk edərək cavab verib...