“Tikinti işlərinin sənədləşməsinin “ASAN Xidmət”ə verilməsi mümkün deyil”

“Tikinti işlərinin sənədləşməsinin “ASAN Xidmət”ə verilməsi mümkün deyil”

“Mənim fikrimcə, bu mümkün olan şey deyil. Söhbət tikinti üçün icazədən gedir, hər hansı arayışdan deyil”.

Vətəninfo.az-ın məlumatına görə, bu sözləri Modern.az saytına açıqlamasında iqtisadçı Oqtay Haqverdiyev Milli Məclisin dünənki iclasında deputat Zahid Orucun tikinti ilə bağlı sənədləşmə işlərinin “ASAN Xidmət”ə verilməsi təklifinə münasibət bildirərkən deyib:

“Nəzərə almaq lazımdır ki, “ASAN Xidmət” icazə vermir. Vətəndaşa hər hansı bir sənəd, arayış lazımdırsa,  xidmətə müraciət edib prosesi tezləşdirə bilər. Tutaq ki, hansısa sahibkara torpaq lazımdır. “ASAN Xidmət”ə torpaqla bağlı müraciət etsə, onlar bildirəcək ki, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edin. Bu məsələ “ASAN Xidmət”lik deyil”.

Ekspert hesab edir ki, sənədləşdirmənin özü ayrı prosesdir, xidmətin funksiyaları isə tamamilə başqadır:

“Əgər şəxsə hansısa məsələni həll etmək üçün ayrı-ayrı nazirliklərdən 5 ədəd arayış lazımdırsa, qapı-qapı gəzməmək üçün vətəndaş “ASAN Xidmət”ə müraciət edərək işini həll edir. Çünki həmin qurumların informasiyası xidmətdə mövcuddur. Tikinti prosesi elə qurulub ki, onu “ASAN Xidmət” həll edə bilməz.

Tikinti üçün ilk növbədə sahibkara vəsait lazımdır. Bunun üçün banka müraciət edir. Torpaq almaq üçün isə ya dövlətə, ya da bələdiyyəyə üz tutur. Torpağın verilməsi isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin səlahiyyətindədir. Dövlət ya da bələdiyyə məhz həmin quruma müraciət etməlidir. Nəzərə alın ki, şəxs arayış yox, torpaq istəyir. Torpağın isə sahibi var, sahib isə “ASAN Xidmət” deyil. Düşünürəm ki, tikinti məsələsi “ASAN Xidmət”lik deyil”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az