Tiqran Abramyanın müharibə QORXUSU: "Azərbaycan Ordusu intensiv şəkildə silahlanır"

Tiqran Abramyanın müharibə QORXUSU:

Ermənilər cəbhədə hər an yeni müharibənin başlayacağı qorxusu içində yaşayırlar.
 
 Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin "rəhbər”inin "məsləhətçisi” Tiqran Abramyan təmas xəttində nisbi sakitliyin olduğunu deyib.

Lakin o qeyd edib ki, vəziyyət istənilən an toqquşmaların başlaya biləcəyini göstərir.

"Azərbaycan Ordusu intensiv şəkildə silahlanır, hərbi təlimlər keçirir və daim döyüş vəziyyətindədir. Cəbhənin o tərəfində Azərbaycan Ordusu vaxtaşırı mühəndislik işləri aparır, mövqelərini möhkəmləndirir, infrastrukturları yeniləyir”, - deyə separatçı müharibə qorxusunu gizlətməyib./Publika.az/  

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az