Tramadolun dövriyyəsi ilə bağlı qanunvericiliyə dəyişiklik qəbul edildi

Tramadolun dövriyyəsi ilə bağlı qanunvericiliyə dəyişiklik qəbul edildi
Azərbaycanda tramadolun ölkə ərazisində dövriyyəsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.

"Report” xəbər verir ki, Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”na dəyişikliklik layihəsi müzakirəyə çıxarılıb.
Dəyişikliyin məqsədi narkomaniyaya qarşı mübarizə ilə bağlı sui-istifadə hallarını aradan qaldırmaqdan, güclü təsir edən maddələrin dövriyyəsinə nəzarəti gücləndirməkdən ibarətdir.
Siyahıdakı 79-cu "Tramadol hidroxlorid 100mq-150mq-200mq və daha artıq. Bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. (+/-)-trans-2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)- tsikloheksan-1-ol hidroxlorid)” bəndində dəqiqləşdirmə aparılıb.
Belə ki, siyahıdan maddənin miqdarı (100mq-150mq-200mq və daha artıq) çıxarılıb.
Layihədə bildirilib ki, tramadol hidroxlorid ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilən bu maddə yüngül və güclü, kəskin və xroniki ağrılan qarşısının alınması üçün istifadə edilir.
Bundan başqa, siyahıya 37-1 ((Qabapentin. Bütün qabapentin tərkibli dərman vasitələrinə şamil olunur. (1-(Aminometil) tsikloheksansirkə turşusu) maddəsi əlavə olunur. Bu maddənin külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 5 qram götürülüb.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az