Tramp vitse-prezident postuna namizədinin adını iyulun 15-də açıqlayacaq

Tramp vitse-prezident postuna namizədinin adını iyulun 15-də açıqlayacaq
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp vitse-prezident postuna namizədinin adını iyulun 15-də açıqlayacağını bildirib.
 
APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, Tramp vitse-prezident postuna 5 nəfərin namizədliyini nəzərdən keçirdiyini bildirib. Bir həftə öncə isə o 9 namizədin olduğunu bildirmişdi
 
Hazırda Trampın potensial namizədləri arasında ABŞ Nümayəndələr Palatasının sabiq spikeri Nyut Qinqriç,  İndiana qubernatoru Mayk Pens, Nyu-Cersi qubernatoru Kris Kristi və ABŞ ordusunun istefada olan general-leytenantı Maykl Flinin adı hallanır.  

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az