«Transxəzər layihəsinin reallaşdırılmasında Azərbaycandan çox Türkmənistana təzyiqlər göstəriləcək. Çünki Aşqabaddan fərqli olaraq Bakı dünya bazarlarına müstəqil çıxışlara malikdir» . “”Vətəninfo.az”ın məlumatına görə, bu fikirləri Avropanın energetika sahəsindəki eksperti Borut Qrjiç səsləndirib. Onun sözlərinə görə, İran hazırda hansısa layihənin qarşısını almaq iqtidarında deyil: «Çünki onun real təzyiq imkanları yodur. Hazırda İran beynəlxalq gərginliyin artdığı bir vaxtda qonşuları ilə sabit və səmərəli əməkdaşlığa ciddi ehtiyac duyur. Rusiyanın mövqeyi barədə isə nəsə demək bir qədər çətindir. Çünki onun ekoloji təhlükəsizliklə bağlı səsləndirdiyi fikirlər yetərli və əsaslı arqument sayıla bilməz. Bu sadəcə diplomatik gedişdir». Ekspert vurğulayır ki, Transxəzər layihəsinin reallaşdırılması üçün ciddi siyasi iradəyə ehtiyac var və bu siyasi iradə Türkmənistan tərəfindən göstərilməlidir. Qeyd edək ki, keçən həftə Rusiyanın energetika nazirinin müavini Anatoli Yanovski növbəti dəfə ölkəsinin Transxəzər layihəsi ilə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, istənilən layihənin reallaşdırılması zamanı beynəlxalq hüquq normalarına əməl edilməlidir. Xəzərin hüquqi statusu müyəyyənləşmədiyi və yekun sazişin imzalanmadığı bir halda sahilyanı iki dövlətin Avropa Birliyinin dəstəyi ilə bu layihəni reallaşdırmaq istəyi beynəlxalq hüquq normalarına ziddir.
Azad
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...