TRT, yaranmasının 49- ci il dönümü münasibəti ilə Bakıda H.Əliyev adına Sarayda böyük öndərin xatirəsinə həsr olunmuş ‘’Bir Millət iki dövlət’’ adlı konsert proqrami təşkil edəcək.
TRT’nin məşhur musiqi ansamblı ‘’ Akşam Sefası’’ 1 May 2013 tarixində H. Əliyev Sarayında konsert proqramı ilə çıxış edecəkdir. TRT Baş Direktoru İbrahim Şahinin rəhbərliyi altında TRT Müzik kanalnın 40 nəfərlik musiqi heyəti 1 Mayda Azərbaycanlı tamaşaçılara sənət ziyafəti verəcəklər. TRT’nin ən ünlü sənətçılərının verəcəyi konsertdə iki Azərbaycanlı sənətçı də çıxış edəcək .
TRT Bakı Temsilçisi Yüksel Değercanın verdiyi məlumata əsasən konsertdə Azərbaycan’ın dünya şöhrətli muğam ustası Alim Qasımov ilə ünlü sənətçı Tünzalə ile yanaşı Türkiyə’nın Azərbaycanda yaşayan Opera sənətçisi Oya Ergün’də çıxış edəcək . 29 Aprel ’də Bakı’ya gələcək TRT Müzik qrupu 1 May da H. Əliyev sarayında ilk məşqlərini keçirəcəklər.
Türkiye Cumhuriyyəti Bakı Böyükelçiliyi ilə Bakı Mədeniyyət ve Tanıtma Müşavirliyi, İstanbul Shoping Festın sponsorluğu ilə təşkil ediləcək konsert proqramı , TRT nin 3 kanalı və İçtimai Televizya ilə canlı yayımlanacaq.
Konsertə çox sayda siyasət,incəsənət,ədəbiyyat, media nümayəndələri , iş adamları ,diplomatlarla yanaşı Azərbaycan və Türk vətəndaşlarıda dəvətlidirlər.
Azərbaycan Prezident Administrasiyasının dəvəti ilə Bakıda rəsmi səfərdə olan TRT baş direktoru İbrahim Şahin də Konsertdə qonaqlar arasında olacaqdır.
Vətəninfo.az