TSEK-in sədri pulu həkim əli ilə alır

TSEK-in sədri pulu həkim əli ilə alır

"Məmmədəli bu gün siftəni 100 AZN-lə edib"

“Vətəninfo.az”a İmişlidən verilən məlumata görə, İmişli Tibbi  Sosial Ekspert Komisiyasının sədri Məmmədəli İbrahimov əhalidən pul almağın yeni formasını icad edib. Mənbənin sözlərinə görə, bir müddətdir haqqında davamlı məlumatların çıxmasından sonra,TSEK sədri birbaşa vətəndaşların,yəni TSEK-dən keçən insanların pul alma riskindən çəkinib. Amma adətini tərgitməyib. Belə ki, indi də İmişli Rayon Mərkəzi Xəstəxanasının həkimlərindən (bütün həkimlərdən deyil,bəzilərindən K), yəni rayonun baş həkimi Tahir Mikayılovun “kadrların”dan istifadə edir. Mənbə bildirir ki, M. İbrahimov bu gün TSEK-dan keçən vətəndaşın birindən 100 Azn alıb ki,bunu da Mərkəzi Xəstəxananın həkimi Rafiq Əfəndiyevin əli ilə edib. Məlumatın nə qədər doğru olub-olmadığını deyə bilməsək də, amma bir daha atalar misalın təkrarlamağa məcburuq. Yəni “od olmayan yerdən tüstü çıxmaz”. M. İbrahimovun fəaliyyəti və TSEK-da komisiyyadan keçən vətəndaşları bu şəkildə soyması, doğurdan da İmişlidə ədalətin itdiyinin göstəricisidir. Rayonun icra başçısı Vilyam Hacıyevin nəyin ki, rayonda ölkədə olmaması M.İbrahimov kimilərin əl-qolunu bir qədərdə uzadıb.
Mövzuya qayıdacağıq.
Redaksiyadan: dəfələrlə M. İbrahimov haqqında səsləndirilən iddalara cavab verməsi üçün şərait yaratdığımızı vurğulasaq da,nədənsə TSEK sədri susur.Amma biz yenə də onu mövqeyini verməyə hazır olduğumuzu bildiririk.

Kənan



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az