Türk professordan bədbin proqnoz: "Zəlzələlər davam edəcək"
Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra avterşoklar davam etməkdədir. Bu gün isə Malatyanın Yeşilyurt rayonunda 5,6 bal gücündə zəlzələ baş verdi. Mütəxəssislər hesab edir ki, zəlzələlər həftələr, aylar, hətta 1 ilə qədər davam edə bilər.
"Haber Global" xəbər verir ki, Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun direktoru Haluk Özener də bu barədə xəbərdarlıq edib.
"Bu zəlzələlər həftələr, aylar, hətta 1 ilə qədər davam edə bilər. Onların baş verməsi olduqca təbiidir. Bu gün Malatyada baş verən 5,6 bal gücündə zəlzələ də onlardan biridir. Belə zəlzələlər olacaq. Vətəndaşlarımız ayıq-sayıq, mümkün qədər sakit olmalı və zədələnmiş binalara girməməlidir. Təəssüf ki, biz bu zəlzələləri yaşayacağıq".