Türk qırıcılarından növbəti hava əməliyyatı- PKK LIDERI ÖLDÜRÜLDÜ

Türk qırıcılarından növbəti hava əməliyyatı- PKK LIDERI ÖLDÜRÜLDÜ
Türkiyə Silahlı Qüvvələri Şimali İraqda separatçı terror təşkilatı PKK-ya qarşı növbəti hava əməliyyatını həyata keçirib.
Publika.az xəbər v erir ki, PKK tərəfindən şəhid edilən hərbçi Ömər Kağan Kandemirin adı verilən əməliyyatın gedişatında PKK-nın liderlərindən biri və PKK-nın İran qolu sayılan PJAK-ın 2 qadın üzvü məhv edilib.
Koordinatları yüksək dəqiqliklə müəyyən olunan və sıfır səhv ilə həyata keçirilən əməliyyatlarda ağıllı bombalardan istifadə edilib. Hərbi səlahiyyətlilər əməliyyatlarda mülki vətəndaşların hədəf alınmadığını, bununla bağlı iddiaların isə tamamilə yalan və PKK terror təşkilatının dezinformasiyası olduğunu açıqlayıb.
Vətəninfo.az
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az