Türkiyə bu ölkədə də əməliyyata başlayır - Ekspert

Türkiyə bu ölkədə də əməliyyata başlayır - Ekspert

Türkiyə Suriyada hərbi əməliyyat keçirə bilər, bu, gündəmdədir.

Axar.az xəbər verir ki, bu barədə türkiyəli ekspert Emin Pazarcı deyib.

"Türkiyə əvvəldən deyir ki, bu, kifayət deyil. Başqa sözlə, Suriyanın bir sıra bölgələrindən Türkiyə üçün təhlükə var. Müəyyən zamanlarda ciddi konfliktlər baş verir. Əsgərlərimiz ölür. Əməliyyat hər zaman gündəmdə və masadadır. Türkiyə bu əməliyyatı zəruri olduğu halda keçirəcək. Bu baxımdan buna laqeyd yanaşmaq olmaz. Bunun baş verməyəcəyini düşünmək, məncə, yanlışdır”, - deyə ekspert bildirib.

Qeyd edək ki, Türkiyə hazırda İraqın şimalında terrorçulara qarşı "Pəncə Qıfıl" əməliyyatı keçirir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az