Türkiyə daha bir şəhid verdi

Türkiyə daha bir şəhid verdi
PKK terrorçuları bu dəfə TünceliŞırnak şəhər mərkəzlərinə hücum edib, ölən və yaralılar var.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Türkiyənin Tünceli şəhərinə silahlı basqın nəticəsində bir polis şəhid olub, daha bir vətəndaş isə ağır yaralanıb.
Qarşıdurma kameralar tərəfindən qeyd olunub. Hadisə insanların evdən işə getdiyi bir vaxtda baş verib.
İki terrorçu əllərində iri çarplı silahla Şəhid Nahit Bulut Polis Mərkəzinə basqın ediblər. Polis bölməsi önünə qədər gələn silahlılara təhlükəsizlik xidməti layiqli cavab verib.
  Qarşıdurmada yaralanan 30 yaşındakı Murat Savaş adlı polis məmuru xəstəxanada şəhid olub.
Vətəndaşlar da qarşıdurma zamanı arada qalıb. Nəticədə 15 yaşlı qız ağır yaralanıb.
Atışma zamanı 2 PKK silahlısı da yaralanıb. Yaralı silahlılar xəstəxanaya aparılıb. Onların sonradan öldüyü deyilir.
Şırnakda bir çavuşun olduğu taksiyə də hücum edilib. Nəticədə sürücü həyatını itirib, çavuş isə ağır yaralanıb. Hadisə Şırnak şəhər mərkəzində səhər radələrində baş verib. İnsidentlə bağlı istintaq davam edir.


Türkiyənin Tünceli və Şırnak əraziləri

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az