“Türkiyə “erməni soyqırımı”nı tanısın”

“Türkiyə “erməni soyqırımı”nı tanısın”

Keçmiş PKK-çı,bu günün millət vəkili Sabahat Tüncel yenə sərsəmlədi

Vətəninfo.az  xəbər verir ki, uzun illər PKK teror təşkilatı sıralarında Türkiyəy qarşı vuruşan və bir müddət sonra əfvdən istifadə edib, bağışlanan, ən son BDP sıralarından millət vəkili seçilən Türkiyənin Xalq Demokratik Partiyasının (HDP) İstanbuldan olan millət vəkili Sabahat Tuncel Türkiyə Böyük Millət Məclisində (TBMM) şok təkliflə çıxış edib.

Məlumta görə, TBMM-də Tuncel partiya üzvüləri qarşısında çıxışı zamanı bildirib ki,  Türkiyə dövlətinə “erməni soyqırımı”nı tanımağı təklif edir.
"Prezident Ərdoğan məclisdə “erməni soyqırımı” üçün üzr istəsin"-deyən sabiq PKK-çı qeyd edib ki, TBMM-dən belə bir qanunu qəbul etməsini tələb edir.

“Türkiyə ictimai sülhün və dövlət ilə cəmiyyətin yeni bir ictimai müqavilə ilə birgə gələcək təxəyyülü təqdim etməsinin astanasındadır. Son zamanlarda gündəmdə 1938-ci il Dersim qırğını ilə yanaşı bir çox insanlığa qarşı işlənən cinayətlər var. Dersimdən başqa Maraş, Sivas, Çorum qətliamları, ermənilərə qarşı soyqırımı kimi bir çox yaşanmış hadisə var”.
Qanun layihəsinə görə, dövlət adına prezident TBMM-də rəsmi surətdə üzr istəyəcək. Ertəsi gün prezident hadisənin yaşandığı yerdə də üzr mətnini oxuyacaq.

Üzr istəmə rəsmi olaraq edildikdən sonra ən çox 1 il ərzində mövzuyla əlaqədar TBMM qanun ilə “Həqiqətləri Araşdırma Komissiyası” qurularaq dövlətin əlindəki bütün arxivlər açılacaq”. Təklif maddi və mənəvi təzminat verilməsini və qanuni tənzimləmələr edilməsini də nəzərdə tutur. Təklif ayrıca hadisənin yaşandığı günün "Milli Yas" olaraq elan edilməsi də tələb olunur.
Təklifin səbəbi araşdırıldığında 1937-38 Dersim, Maraş, Sivas, Çorum qırğınları, 12 Sentyabr inqilabı "dövlət terrorundan qaynaqlanan insanlıq günahı” olaraq qiymətləndirilsin.
Təklif qəbul edilərsə, Türkiyə rəsmən "erməni soyqırımı"nı da qəbul etmiş olacaq. Soyqırımın başladığı gün, yəni 24 aprel, "milli yas günü" kimi qeyd olunacaq.

Vətəninfo.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az