Türkiyə ilə əlaqələrin normallaşmaması üçün... - Erməni vitse-spiker

Türkiyə ilə əlaqələrin normallaşmaması üçün... - Erməni vitse-spiker

Daşnaksütyun partiyası Ermənistan cəmiyyətində Türkiyə ilə əlaqələrin normallaşmasına qarşı fəaliyyətə başladığını elan edir.
 
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, daşnaqlar qarşıdakı planları, xüsusən də "müqavimətin” formalaşdırılması ilə bağlı işləri və bu istiqamətdə həyata keçiriləcək proqramları müzakirə edir.
 
Bu məqsədlə Ermənistanın yeddi şəhərində-Razdan, Gümrü, Spitak, Vanadzor, Artaşat və Kafanda Daşnaksütyunun rəhbərləri və "Ermənistan” fraksiyasının deputatları görüşlər keçirir.
 
Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan faktı təsdiq edib.
 
"Biz Ermənistan Respublikası və "Artsax”ın üzləşdiyi problemlər, Ermənistan-Türkiyə münasibətləri, təhlükəsizlik məsələləri və daxili siyasi məsələlər haqqında danışdıq”, - daşnak Saqatelyan bildirib.
 
Daşnaqlar qarşıdakı iki ay ərzində bütün şəhərlərdə belə görüşlər planlaşdırdığını və müqavimət təşkil etmək niyyətlərini elan ediblər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az