Türkiyə ilk dəfə səsdən sürətli raketin sınağını həyata keçirib

Türkiyə ilk dəfə səsdən sürətli raketin sınağını həyata keçirib

Türkiyədə ilk dəfə "Bayraktar Akıncı” pilotsuz uçuş təyyarəsindən ölkənin səsdən sürətli "hava-yer” tipli raketinin uğurla buraxılışı həyata keçirilib.

Bu barədə "Report” "Roketsan” şirkətinə istinadla xəbər verir.

Qeyd olunub ki, "Roketsan” tərəfindən istehsal edilən Türkiyənin ilk səsdən sürətli "TRG-230-İHA” raketi 100 km məsafədən hədəfi uğurla vurub.

Şirkətin məlumatına görə, İstanbulun Çorlu şəhəri ətrafında yerləşən Baykar aerodromundan havaya qalxan pilotsuz təyyarədən raketin buraxılışı Qara dəniz sahilindəki Sinop şəhəri yaxınlığında 7,62 km yüksəklikdən həyata keçirilib.

Raketin uçuş məsafəsi 20 ilə 150 km arasındadır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az