Türkiyə-İran sərhəddində partlayış, azərbaycanlılar yaralandı

Türkiyə-İran sərhəddində partlayış, azərbaycanlılar yaralandı
Sursat azərbaycanlı kişinin əlində partlayıb

Türkiyə-İran sərhəddində partlayaş baş verib. İstiPress-in "Milliyət"ə istinadla verdiyi məlumata görə, partlayış  sərhəd ərazinin minalardan təmizlənməsi zamanı qeydə alınıb.

Hadisə bu gün saat 07.15-də (Bakı vaxtı ilə 08.15) İğdırın Aralık rayonu yaxınlığında, Kiçik Ağrı dağı ətəyi adlandırılan ərazidə olub. Minaları təmizləyən işçilərdən ikisi - Azərbaycan əsilli 35 yaşlı Razi Aslanov və 38 yaşlı Ruslan Abişov çıxardıqları sursatı zərərsizləşdirmək üçün nəzərdə tutulan sahəyə aparmaq istəyib. Lakin mina Razi Aslanovun əlində partlayıb. Nəticədə o əlləri, gözü, arxasında olan R.Abşov isə ayaqları və bədənin müxtəlif nayihələrindən xəsarət alıb. 

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra onlar İğdır Dövlət Xəstəxanasına çatdırılıblar. Azərbaycanlıların həyati təhlükəsinin olmadığı bildirilib.

Azərbaycan, türk və mozanbiklililərin çalışdığı minalı ərazidə baş verən hadisə ilə bağlı araşdırma başlayıb. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az